Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
19:27 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Fevralın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli tarzən, əməkdar incəsənət xadimi Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Milli.Az bildirir ki, konsert 4 nömrəli uşaq musiqi məktəbində təşkil olunub.

İlk öncə, tədbiri nəzəriyyə şöbəsinin müəllimi S.Həmidova açaraq görkəmli tarzənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Mirzə Mənsur Azərbaycanın görkəmli tarzənlərindən biri olub.

O, musiqi tariximizdə həm gözəl tar müəllimi, həm də muğamların mahir bilicisi kimi, "Rast", "Şur", "Segah", "Mahur-hindi" və s. muğam dəstgahlarını ustalıqla çalmış muğam nəzəriyyəçisi kimi tanınır.

Sonda xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı nümayiş olunub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/521957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR