Cində Cənubi Koreya şirkəti adından 87 milyon dollarlıq dələduzluq edilib

Cində Cənubi Koreya şirkəti adından 87 milyon dollarlıq dələduzluq edilib
19:32 28 Fevral 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Dələduzlar özlərinin Cənubi Koreyanın məşhur “Hundai” sənaye nəhəngi kimi təqdim edərək, Çinin şimalında yerləşən Xəbəy əyalətinin Xandan dairəsi şəhərinin yerli hakimiyyətindən 8 il ərzində 87 milyon dollar alıblar.
“Report” “Gllobal Times”ə istinadən xəbər verir ki, dələduzlar Honkonqda “Hyundai RNC Investment Group Ltd” şirkətini qeydə aldırıblar. Bu şirkətin nizamnamə kapitalı 50 min Honkonq dolları təşkil edib. 2009-cu ildə onlar Xandanın dövlət məmurlarına şəhərə investisiya cəlb edilməsi ilə bağlı layihə təqdim ediblər. 2011 və 2013-cü illərdə hakimiyyət bu şirkətə 600 milyon yuan (87,3 milyon dollar) maliyyə vəsaiti ayırıb.
Yerli hakimiyyət bu şirkətin “Hundai”ya aid olub-olmamasını 8 il ərzində etdiyi yoxlamayıb. Bundan başqa, “Hyundai RNC Investment Group Ltd” şirkətinin adı isə Çin dilinə “səhvən” “Hyundai Group” olaraq tərcümə edilib. “Hyundai” isə bəhs etidiyimiz şirkətlə heç bir əlaqəsinin olmadığını bildirib.
Məlumatda bildirilib ki, hazırda şirkətin bütün layihələri və aktivləri dondurulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-cenubi-koreya-sirketi-adindan-87-milyon-dollarliq-deleduzluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR