Norveç Neft Fondu ötən il 53 mlrd. dollar qazanıb

Norveç Neft Fondu ötən il 53 mlrd. dollar qazanıb
19:37 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Norveç Neft Fondu 2016-cı ildə 447 mlrd. kron və ya 53 mlrd. ABŞ dolları həcmində gəlir əldə edib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ-da prezident seçkilərindən sonra maliyyə bazarlarında, xüsusilə səhm bazarlarında yaranmış münbit şərait Fondun gəlirlərinin artmasında önəmli rol oynayıb. Fonddan verilən məlumata görə, 2016-cı ildə onun gəlirliyi 6,9% təşkil edib. Qeyd edək ki, 2015-ci ildə gəlirlik 2,7% olub. 
Fondun baş icraçı direktoru İnqve Slinstad (Yngve Slynstad) bildirib ki, Fondun bütün kateqoriyadan olan aktivləri gəlir gətirsə də, əsas hissə ilin ikinci yarısında səhm bazarından əldə olunub.
"Report" bildirir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə investisiya gəlirləri 2,15% təşkil edib. Bununla yanaşı, ARDNF gəlirliyini artırmaq məqsədilə ilin sonuna yaxın səhm portfelinin məcmu portfeldə xüsusi çəkisini 15%-ə yüksəltmək qərarına gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/norvec-neft-fondu-oten-il-53-mlrd-dollar-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR