Ölümün ƏLAMƏTLƏRİ

Ölümün ƏLAMƏTLƏRİ
20:05 28 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur elm jurnalı "New Scientist" Şotlandiyadakı Caledonian Universitetində psixoloq Kaynsia McVeyinin ölümdən son anda dönənlərlə görüşərək apardığı araşdırmaları nəşr edib.  

Milli.Az xəbər verir ki, araşdırmaya görə ölüm anlarında bu əlamətlər özünü biruzə verir:

Boğulma: Adam, ilk öncə, böyük çaxnaşma yaşayır. Nəfəsini saxlayır. Ardınca su ciyərlərinə dolduqca yanma hissi duymağa başlayır. Son olaraq hiss etdiyi şey isə sakitlik və dinclik olur. Oksigen ala bilmədiyi üçün beyni bağlanır və ölür.

Yanma: Yanıqlar, çox şiddətli ağrıya gətirib çıxarır. Sinir uclarının yanması isə bu ağrı hissini bir müddət sonra aradan qaldırır. Adam bir az hissiyatını itirir. Yanaraq ölən şəxslərin əsl ölüm səbəbi əksər hallarda zəhərli qazların tənəffüs edilməsi və nəfəssizlik olur.

Başın qoparılması: Mütəxəssislərə görə başın bədəndən ayrılması sonrası bir neçə saniyə öz funksiyasını davam etdirir. Fransadakı hesabatlara görə 18-ci əsrdə baş kəsmək edamlarında qopan başda 30 saniyəyə qədər üz mimikaları əksini tapır.

Yüksəkdən düşmə: ABŞ-dakı Golden Gate körpüsündən tullanan 100 "qurbanın" ağciyərinin sıradan çıxması, ürəyin partlaması və qırıq qabırğaların daxili orqanlara zərər verməsi nəticəsində öldüyü ortaya çıxıb.

Elektrik cərayını vurarsa: Elektrik cərəyanı vurarsa, ürək dayanır. 10 saniyə sonra isə şüur fəaliyyətini dayandırır. Ancaq elektrik qoşulmuş masada edam edilən məhkumların ölüm səbəbi, beyinin həddindən artıq qızması, ya da boğulma olur.

Qan itkisi: 1.5 litr qan itirən adam özünü halsız, susamış hiss edir. İki litr qan itirildiyində baş gicəllənməsi və şüur ​​itkisi baş verir.

İnfarkt: Ürəyin normal ritminin pozulması, ürək atışlarını dayandırır. Beyin fəaliyyətini dayandırır və ölüm reallaşır.

Asılma: Yağlı kəndirlə asılaraq boğulma zamanı şəxs 10 saniyə içində şüurunu itirir. 

Zəhərli iynə: ABŞ-da edamlarda istifadə edilən bu üsul birbaşa ürəyi dayandırır. Araşdırmalar, məhkumların böyük ağrı hiss etdiklərini göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR