İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin təkbətək görüşü olub

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin təkbətək görüşü olub
20:12 28 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn arasında səmimi görüş keçirilib. 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığı bildirilib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. 
Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub. 
Sonra görüş geniş tərkibdə davam etdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-slamabadda-azerbaycan-ve-pakistan-prezidentlerinin-tekbetek-gorusu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR