Ölkədə “milli fəlakət” elan edildi - 6,2 milyon adam aclıqla üz-üzə

Ölkədə “milli fəlakət” elan edildi - 6,2 milyon adam aclıqla üz-üzə
20:13 28 Fevral 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Somalidə quraqlığın səbəb olduğu humanitar böhranla mübarizə çərçivəsində “milli fəlakət” elan edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Somali prezidenti Məhəmməd Abdullah Fermacu yazılı açıqlamasında bildirib.

Prezident Somalidə yaşana biləcək humanitar faciənin qarşısını almaq və quraqlıqdan zərər görən ailələrə kömək üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) daha əvvəl Somalidə quraqlıqla əlaqədar 6,2 milyon adamın aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb. Təşkilat böhranın həlli üçün beynəlxalq cəmiyyəti təcili olaraq hərəkətə keçməyə çağırıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR