Goranboyda məktəbdə yanğın olub

10:42 7 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 10:40 ]


Bakı. Fuad Cəfərov - APA. Goranboy rayonunda sökülməkdə olan məktəbdə yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Faxralı kəndində Təhsil Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan ümumi sahəsi 1100 kv.m olan birmərtəbəli orta məktəb binasının dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR