"Müəllimim məni bu serialdakı kimi qucağına alıb, öpür"

"Müəllimim məni bu serialdakı kimi qucağına alıb, öpür"
20:27 28 Fevral 2017
240 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin nüfuzlu "Hürriyet" qəzetinin yazarı Ayşe Arman köşə yazısında daha bir azyaşlıya təcavüz anından bəhs edib.

Milli.Az yazını tərcümə edib:

Bu gün də Alanyada təcavüz hadisəsi olub...

Məmləkətin hər bucağından belə xəbərlər gəlir

Yenə də, peşəsindən pis məqsədlə istifadə edən müəllim...

İki azyaşlı qız bir il boyunca təcavüzə məruz qalıb.

Qızlardan biri anasına deyir, valideyn əvvəl diqqət yetirmir, sonra isə gerçəkləri öyrənir.

Qız tez-tez anasına "müəllimim məni ağzımdan öpür" deyir. 

Dodaqdan deyə bilmir, çünki bu barədə məlumatı belə yoxdur, kimsəni öpüşəndə görməyib.

İstifadə etdiyi kəlimələrdən bilinir ki, yalan demir.

Bir gün o, serialda öpüşmə səhnəsi görəndə valideyninə "Ana, öpüşmək yaxşı bişeydir, ya pis? Müəllimim məni qucağına alıb belə edir" deyir. Valideyn məsələni araşdırmaq qərarına gəlir. O, müəllimi polisə şikayət edir.

Amma müəllim azadlıqdadır. Hətta şahidlər olsa belə...

Yeri gəlmişkən, ötən həftə köşə yazısında yazdığım Vandakı zorlanma hadisəsi ilə bağlı müəllim həbs edildi. Bu işin də sonuna qədər üstünə düşəcəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR