Sudanlı Rəcəb Tayyib Ərdoğan - VİDEO

Sudanlı Rəcəb Tayyib Ərdoğan - VİDEO
20:28 28 Fevral 2017
146 Digər
Ölkə mətbuatı
A- A+

Qətərdə yaşayan sudanlı Kuraşi Həcc Hamid Nur əl-Cəlil təxminən bir ay əvvəl doğulan körpəsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adını verib.

Publika.az xəbər verir ki, fələstinli qadınla evli olan Cəlil Türkiyə prezidentinə böyük simpatiya bəslədiyi üçün körpəsinə “Rəcəb Ərdoğan” adını verdiyini deyib.

Cəlil bu qərarı 2009-cu il Davos İqtisadi Forumundan sonra qəbul etdiyini bildirib.

“Bütün azad xalqlar Ərdoğanın qiymətini bilir. Ərəb ölkələrinin liderlərinin də onun kimi olmasını istəyirəm. Bizim Ərdoğan kimi liderlərə ehtiyacımız var”, - o söyləyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/189671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR