Ucarda mal-qara oğruları tutuldu

Ucarda mal-qara oğruları tutuldu
20:34 28 Fevral 2017
202 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda oğurluq edən dəstə üzvləri tutulub. APA-nın yerli bürosunun xəbərinə görə,  Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə İdarəsində məskunlaşmış məcburi köçkün Bəsti Mustafayevanın tövləsindən 6 baş iri buynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə zərərçəkmiş tərəfindən məlumat verilib. Məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakinləri, 17 yaşlı Sakit Salaman oğlu Məmmədov, 24 yaşlı Həbib Gündüz oğlu Qasımov, 23 yaşlı Xəyal Məhəmməd oğlu Məmmədov və 22 yaşlı Yusif Ətraf oğlu Məmmədov heyvanları qonşu Göyçay rayonunda yerləşən heyvan bazarında satarkən elə iş başında tutularaq istintaqa təhvil veriliblər. Heyvanlar isə tapılaraq sahibinə təhvil verilib.

 

İlkin dindirmə zamanı  cinayət əməllərini etiraf edən şəxslər  maddi tələbatlarını ödəmək üçün oğurluq etdiklərini deyirlər.

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR