Ukrayna Somaliyə çevrilə bilər - QORXUNC PROQNOZ

Ukrayna Somaliyə çevrilə bilər - QORXUNC PROQNOZ
20:48 28 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukraynadakı vəziyyətə görə Avropada nüvə faciəsinin yaranması təhlükəsi var”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ukrayna siyasətçisi, ölkənin keçmiş daxili işlər naziri Vasiliy Suşko bu barədə Avropa İttifaqına xəbərdarlıq edib.

“Ukraynada 15 fəaliyyətdə olan atom reaktoru var. Hörmətli avropalılar, biz qonşularıq və biz sizin üçün təhdidik. Kiyev şəhərində mənim mənzilimdən 200 metr aralıda bir il əvvəl, axşam saat doqquzda qumbaraatanlarla mağazanı güllələyirdilər. Allaha şükür ki, heç kim zərər çəkmədi. Amma bizdə atom reaktorlarından müdafiə yaxşı deyil və bu hamı üçün təhdiddir”, - o, Avropa Parlamentində dinləmələrdə çıxışında deyib.

Suşkonun sözlərinə görə, fəaliyyətdə olan 15 atom reaktoru ilə Ukrayna Somaliyə çevrilə bilər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR