“İnter”in baş məşqçisi: "Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik"

“İnter”in baş məşqçisi: "Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik"
20:57 28 Fevral 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransına qatılıb. 
“Report”un məlumatına görə, 60 yaşlı gürcüstanlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb, daha sonra sualları cavablandırıb.
- Əvvəlcə cəbhədə şəhid olmuş əsgərlərə görə başsağlığı verirəm. Oyundan razı qaldım, 3 xal qazandıq. Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik. Qarşıda daha bir çətin oyun var. "Qəbələ" ilə görüşə hazırlaşacağıq.
- Mətbuatda "İnter"də maaş probleminə dair xəbərlər yer alıb. Bunun müqabilində komandanız "Qarabağ"ı udur. Nə baş verir?
- Heç nə baş vermir. Heç bir problem yoxdur. Maaşlar martın 10-a söz verilib. Həmin tarixdə də ödəniləcək. Demişdilər ki, fevralın 28-də olacaq. Amma çatdırmadılar. İndi söz verilən tarixdə ödəniləcəyinə əminəm. Olmasa biləcəksiniz.
- "Qarabağ"a qəlib gəlmək taktiki amillə bağlıdır, yoxsa psixoloji məsələdir?
- Bunu sirr saxlayaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nter-in-bas-mesqcisi-mudafie-sehvsiz-oynadi-bunun-sayesinde-de-qalib-geldik-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR