Məcburi köçkünlərin müavinəti gecikir

Məcburi köçkünlərin müavinəti gecikir
21:17 28 Fevral 2017
384 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaçqın və məcburi köçkünlərin müavinətlərində gecikmələr var. Müavinətlərin vaxtında verilməməsi texniki xarakter daşıyır və yaxın vaxtlarda 2 ayın pulu birdən veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Kömitəsinin Sədri Əli Həsənov belə deyib. Əli Həsənov Cocuq Mərcanlıda gedən işlərlə bağlı sualları da cavablandırıb.

Qaçqın və məcburi köçkünlərin müavinətlərindəki gecikmə müvəqqəti xarakter daşıyır. Yaxın zamanlarda 2 ayın pulu birdən veriləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun sözlərinə görə Novruz bayramına qədər bütün müavinətlər ödənəcək.
Əli Həsənov həmçinin erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri barəsində də məlumat verib.
Komitə sədrinin sözlərinə görə bütün təmir tikinti işləri yaxın vaxtlarda sona çatdırılacaq və bunun üçün lazimi tapşırıqlar verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/511369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR