Riçard Almeyda: "Azərbaycan millisinə cəlb olunmaq üçün pasport almalıyam"

Riçard Almeyda: "Azərbaycan millisinə cəlb olunmaq üçün pasport almalıyam"
21:32 28 Fevral 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ "AFFA-da bir neçə sənədi imzaladım. Sonra isə baş katiblə görüşdüm. Ümumi məsələləri müzakirə etdik. Mən öz təşəkkürümü bildirdim".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasına cəlb olunması üçün AFFA-nın baş katibi Elxan Məmmədovla keçirdiyi görüş barədə danışarkən deyib.
Braziliyalı yarımmüdafiəçi yığmaya kömək etməyə hazır olduğunu bildirib: "Futbol komanda oyunudur. Mən də milliyə kömək olmağa hazıram. Bunun üçün hər şeyi edəcəyəm".
Lakin Almeyda milliyə nə zaman dəvət alacağından xəbərsiz olduğunu bildirib. O, öncə Azərbaycan pasportu almasının vacibliyinə diqqət çəkib: "Hələlik hüquqi məsələləri həll etmək lazımdır. İndi yalnız "Qarabağ”ın oyunları haqda düşünürəm".
Təcrübəli futbolçu klubunun Azərbaycan Premyer Liqasının XX turunda "İnter”ə məğlubiyyətini də dəyərləndirib: "Bu məğlubiyyəti belə qarşılaşamaq lazım deyil. Zəif görünməyim sizin fikrinizdir. Mən buna hörmətlə yanaşıram, amma özüm belə hesab etmirəm. Belə şeylər olur, futboldur".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ricard-almeyda-azerbaycan-millisine-celb-olunmaq-ucun-pasport-almaliyam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR