“Azərreyl” ilk seti öndə bitirdi - YENİLƏNİR

“Azərreyl” ilk seti öndə bitirdi - YENİLƏNİR
21:52 28 Fevral 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsi başa çatacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Super Liqanın qalibi olan "Azərreyl" son görüşdə Polşada "Dabrova Qornitsa"nın qonağı olacaq.

Matçda hər 2 komandanın qalib gəlmək şansı olsa da, "Azərreyl" daha şanslıdı. Komandamız "quru hesablı" qələbə sayəsində pley-offa da ümid edəcək. Lakin digər komandalardan asılı vəziyyətdə olan təmsilçimizə son turda 3:0 hesablı qələbə də yetərli olmaya bilər.

İkinci yerlərlə müqayisədə ən yaxşı iki komandadan biri olmaq üçün mütləq 3 xal qazanmalı olan "Azərreyl" A qrupunda "Ximik"in (Polşa), B qrupunda "Volero"nun (İsveçrə) və D qrupunda "Əczaçıbaşı"nın (Türkiyə) büdrəməsinə ümid etməlidi. Bu komandalardan ikisi "Azərreyl"dən geri qalmalıdı ki, təmsilçimizin yolu açılsın.

Ən yaxşı qrup ikinciliyinə iddia edənlərdən meydana birinci "Əczaçıbaşı" çıxacaq. "Azərreyl" isə qalib gələcəyi halda digər qarşılaşmaların nəticəsini gözləməlidi.

C qrupu

"Dabrova Qornitsa" (Polşa) - "Azərreyl" (Azərbaycan) - 0:1 (24:26)

Hakimlər: Nadejda Kozlova (Rusiya), Toomas Murulo (Estoniya)

Dabrova Qornitsa. "Sentrum"

1

Fənərbaxça (Türkiyə)

5

5

0

15-1

398-300

15

2

Azərreyl (Azərbaycan)

5

3

2

9-8

358-368

9

3

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/515931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR