Səfir Əkrəm Zeynallı Luqano meri ilə görüşdü - FOTO

Səfir Əkrəm Zeynallı Luqano meri ilə görüşdü - FOTO
21:52 28 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci il fevralın 28-də səfir Əkrəm Zeynallı Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb, Tiçino kantonunun iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri imkanları müzakirə edilib.

Eyni zamanda, Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq əlaqələrinə toxunan tərəflər Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Görüş nəticəsində, yaxın aylar ərzində Luqano şəhəri merinin rəhbərliyi ilə geniş iqtisadi nümayəndə heyətinin ölkəmizə səfəri razılaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/515929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR