Sərdar xanımının hamilə olmasından danışdı - FOTO

Sərdar xanımının hamilə olmasından danışdı - FOTO
22:05 28 Fevral 2017
390 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Sərdar Ortaçın model xanımı Xloe Loughnan İnstaqram səhifəsində paylaşdığı fotosu ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 24 yaşlı model Sərdarın onun qarnını öpən yerdə çəkilmiş şəkli sosial media hesabında yerləşdirərək, ""Thats love right there" (məhəbbət orada) statusunu yazıb.

Fotonu görənlər Sərdarın xanımın hamilə olduğunu düşünüblər.

Lakin " Aramızda Kalmasın" programına qonaq gələn 47 yaşlı ifaçı yayılan xəbərlərin yanlış olduğunu və Xloenin hamilə olmadığını vurğulayıb.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub. Bir müddət əvvəl onların boşanacaqları iddia olunsa da, cütlük bunun yalan olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/506490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR