Ev təmizliyi üçün praktik üsullar

Ev təmizliyi üçün praktik üsullar
22:12 28 Fevral 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Praktik məlumatlar paylaşan bloqqer Cill Nistul, hər kəsin evində asanlıqla tətbiq edə biləcəyi bir təmizlik üsullarını açıqlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tavaları təmizləmək hər qadının kabusudur. Cill evdə təsadüfən hazırladığı formul sayəsində qazan və tavaları qüsursuz şəkildə təmizləyir. Bu möcüzəli qarışığı hazırlamaq üçün yalnız kalsium-karbonat və hidrogen peroksidə ehtiyacınız var.
 
İlk olaraq karbonata bir miqdar hidrogen peroksidi qatın və qarışığı tavaya sürtün. Üstünə bir qat daha karbonat səpin və bir saata qədər qarışığı tavanın üstündə saxlayın. Daha sonra tavanı bir qədər sürtün. Çirklərin qabıq-qabıq çıxdığını görəcəksiniz. Sadəcə iki məhsulla çatdığınız nəticəyə inanmayacaqsınız. Bu qarışığı istəsəniz sobaları təmizləyəndə də istifadə edə bilərsiniz.
 
Keramik fincanların içərisində qəhvə və çaya görə yaranan ləkələrdən xilas olmaq əslində çox asandır.
Bir parçaya karbonat töküb fincanların içinə sürtün.
Sonra bol su altında fincanları yuyun. Ləkələrin artıq olmadığını görəcəksiniz.
 
Dolabın dəstəklərində toplanmış çirkləri təmizləmək üçün köhnə bir diş fırçasını, zeytun yağı və karbonata batırın və ləkələrin üstünü fırçalayın.
 
Ərplənmiş ütünüzü təmizləmək üçün ütünü duz topasının üzərində gəzdirin, nəticəyə inanmayacaqsınız.
 
Heyvan tüklərini kreslodan təmizləmək üçün rezin əlcəkdən istifadə edin.
 
Taxtalardakı cızıqları təmizləmək üçün cızıq olan yerləri yarım stəkan sirkə və yarım stəkan zeytun yağı ilə sürtmək lazımdır.
 
Ərplənmiş duş başlığını bir stəkan sirkə ilə təmizləyə bilərsiniz. Bir stəkan sirkənin içinə qoyduğunuz duş başlığını 20 dəqiqə saxlayın.
 
Taxta masadakı yanıq izlərini təmizləmək üçün dəsmalı sərin və isti ütünü dəsmalının üzərində gəzdirin.
 
Kreslo üzərindəki ləkələri spirtə batırılmış şotka ilə sürtün.
 
Manqalı təmizləmək üçün manqalı soğanın yarısı ilə silin.
 
Taxta üzərindəki yazıları silmək üçün yazılmış səthi diş məcunu ilə sürtün.
 
Xalça ləkəsi üçün isə ağ sirkə ilə suyu qarışdırın. Ləkə təmizlənənə qədər sürtün. Quru dəsmal ilə silin.
Qəhvə maşınını təmizləmək üçün 2 stəkan ağ sirkəni qəhvə maşınına tökün. Daha sonra içinə su doldurun və yenidən işlədin.
 
Şəffaf şüşələr üçün 1 yemək qaşığı ağ sirkə və 1 litr suyu qarışdırın. Qarışığı şüşənin üstünə püskürdün və mikrofiber parça ilə silin.
 
Sobanın içindəki yağ ləkələrinə qarşı qabartma tozu və sim süngər istifadə edərək sobanı silin.
 
Tavanın ya da qazanının dibində qalan yanmış yemək qalıqlarının üstünə qabartma tozu səpin və isti su əlavə edin. Gecəboyu saxlayın. Səhər süngər ilə sürtün.
 
Kifin qarşısını almaq üçün duşdan sonra, duş qapılarını, divarlarını və pərdələri ağ sirkə ilə sürtün
Pis qoxulara qarşı ayaqqabılarınızı içinə qabartma tozu səpin. Gecə boyu saxlayın. Səhər ayaqqabını geyməzdən əvvəl qabartma tozunu çırpın.
 
Pis qoxunun qarşısını almaq üçün dəsmalları əvvəl isti su və 1 stəkan sirkə ilə yuyun. Sonra yenə də isti su və yarım stəkan qabartma tozu ilə yuyun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR