"Qarabağ"ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub
22:12 28 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"ın "İnter"ə evdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqovla meydan sahiblərinin azarkeşlərlə arasında insident olub.
"Report"un məlumatına görə, Ağdam klubunun tərəfdarları uğursuz nəticəyə görə narazılıqlarını bildiriblər.
R.Sadıqov da onlara yaxınlaşaraq, bu cür davranışlarına, komandaya çətin vaxtında dəstək olmadıqlarına görə onları qınayıb.
Qeyd edək ki, "Qarabağ" "İnter"i məğlub edəcəyi halda vahid lider olacaqdı. Komanda hazırda 42 xalla 2-ci pillədədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-kapitani-resad-sadiqovla-azarkesler-arasinda-insident-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR