Leyomiomatoz- Şüşəyə dönən ağciyər

Leyomiomatoz- Şüşəyə dönən ağciyər
22:22 28 Fevral 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonradan xırda kistalı transformasiyası ilə xarakterizə olunur.Xəstəlik özünü bronxiollar,xırda bronxlar,ağ ciyərlərin qan və limfa damarları boyunca saya əzələ liflərinin şüşəyəbənzər artması ilə göstərir.Xəstəliyə ən çox 18-50 yaşlı adamlarda rast gəlinir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin aşağıdakı patomorfoloji əlamətləri var:
* ağ ciyərlərin həddən artıq bərkiməsi
* 0,3-0,7 sm diametrli parlaq maye ilə dolu çoxsaylı xırda subplevral düyünlərin əmələ gəlməsi
* ağ ciyərlərin ayrı-ayrı sahələrində iri havalı boşluqların olması
* limfa düyünlərinin hiperplaziyası
* əzələ liflərinin ağ ciyərlərin interstisiyasına diffuz ploriferiyası
* qan və limfa damarlarının,bronxların alveollarının divarının destruktiv dəyişiklikləri
* mikrokistoz arı pətəyinə oxşayan ağ ciyərin əmələ gəlməsi
Göstərilən xüsusiyyətlər xəstəliyin diffuz forması üçün xarakterikdir.
Xəstəliyin ocaqlı forması ağ ciyərlərin parenximasında şüşəyəbənzər törəmələrin inkişafı ilə xarakterizə olunur.
Xəstəlik uzun müddət simptomsuz keçir.Xəstəlik açıq mərhələyə çatdıqda xəstədə aşağıdakı xarakter əlamətlər meydana çıxır.
1 Təngnəfəslik əvvəllər fiziki iş zamanı baş verir,xəstəliyin əlamətləri kəskinləşdikdə isə daimi olur.
- döş qəfəsində tənəffüs zamanı əmələ gələn ağrılar.
- qanhayxırma
- residivləşəm spontan pnevmatoraks
- hilotoraks-hilyoz mayenin plevra boşluğunda toplanması
- xəstəlik proqressivləşdikdə əmələ gələn hiloperikardit
- xroniki ağ ciyər ürəyinin əmələ gəlməsi
Hamiləlik,doğuş,kontraseptivlərin qəbulu xəstəliyin gedişini ağırlaşdıra bilər.
Leyomiomatozun müayinəsində plevral mayenin müayinəsi,qanın qaz tərkibinin müayinəsi,rentgenoqrafiya,kompyuter tomoqrafiyasının nəticələri əsas götürülür.
Leyomiomatoz- Şüşəyə dönən ağciyər
Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonradan xırda kistalı transformasiyası ilə xarakterizə olunur.Xəstəlik özünü bronxiollar,xırda bronxlar,ağ ciyərlərin qan və limfa damarları boyunca saya əzələ liflərinin şüşəyəbənzər artması ilə göstərir.Xəstəliyə ən çox 18-50 yaşlı adamlarda rast gəlinir.
Xəstəliyin aşağıdakı patomorfoloji əlamətləri var:
* ağ ciyərlərin həddən artıq bərkiməsi
* 0,3-0,7 sm diametrli parlaq maye ilə dolu çoxsaylı xırda subplevral düyünlərin əmələ gəlməsi
* ağ ciyərlərin ayrı-ayrı sahələrində iri havalı boşluqların olması
* limfa düyünlərinin hiperplaziyası
* əzələ liflərinin ağ ciyərlərin interstisiyasına diffuz ploriferiyası
* qan və limfa damarlarının,bronxların alveollarının divarının destruktiv dəyişiklikləri
* mikrokistoz arı pətəyinə oxşayan ağ ciyərin əmələ gəlməsi
Göstərilən xüsusiyyətlər xəstəliyin diffuz forması üçün xarakterikdir.
Xəstəliyin ocaqlı forması ağ ciyərlərin parenximasında şüşəyəbənzər törəmələrin inkişafı ilə xarakterizə olunur.
Xəstəlik uzun müddət simptomsuz keçir.Xəstəlik açıq mərhələyə çatdıqda xəstədə aşağıdakı xarakter əlamətlər meydana çıxır.
1 Təngnəfəslik əvvəllər fiziki iş zamanı baş verir,xəstəliyin əlamətləri kəskinləşdikdə isə daimi olur.
- döş qəfəsində tənəffüs zamanı əmələ gələn ağrılar.
- qanhayxırma
- residivləşəm spontan pnevmatoraks
- hilotoraks-hilyoz mayenin plevra boşluğunda toplanması
- xəstəlik proqressivləşdikdə əmələ gələn hiloperikardit
- xroniki ağ ciyər ürəyinin əmələ gəlməsi
Hamiləlik,doğuş,kontraseptivlərin qəbulu xəstəliyin gedişini ağırlaşdıra bilər.
Leyomiomatozun müayinəsində plevral mayenin müayinəsi,qanın qaz tərkibinin müayinəsi,rentgenoqrafiya,kompyuter tomoqrafiyasının nəticələri əsas götürülür.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR