Bürcünüzə uyğun idmanı seçin - SİYAHİ

Bürcünüzə uyğun idmanı seçin - SİYAHİ
22:27 28 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Sağlam arıqlamaq istəyirsiniz, amma hansı məşqi etməyi qərar verməkdə çətinlik çəkirsiniz? O zaman bürcünüzə uyğun məşqlər edin.

Milli.Az lent.az-a istinadən bürcünüzə uyğun idman və məşqlərlə sizi tanış edir.

Qoç (21 Mart - 19 Aprel)

Rəqs

Qoç qadınlarının təbiətində rəqabət var və dəbdəbəli olmağı sevirlər. Rəqs qabiliyyətinizi ortaya çıxaracaq tanqo və ya salsa kimi rəqs kursları sizə uyğundur.

Buğa (20 Aprel - 20 May)

Yoqa

Buğa qadınları duyğusal və zərifdir. Lakin onların inadçı və israrlı strukturlarına uyğun idman yoqadır.

Əkizlər (21 May - 20 İyun)

Qrup məşqləri

Əkizlər bürcü üçün monotonluqdan uzaq dayanmaq vacibdir. İdman edərkən müxtəliflik və ünsiyyət yoxdursa, Əkizlər sıxılar. Müxtəlif hərəkətləri olan və bədəninizin hər yerini işlədən idman kurslarına gedin.

Xərçəng (21 iyun - 22 iyul)

Velo-trinajor

Xərçəng bürcünün qadınları nizamlı olurlar. Sıxlıq olan mühitdə idman etməyi sevsələr də, vaxtaşırı öz fikirlərinə zaman ayırmağa ehtiyacları ola bilir. Yüksək templi velo-trinajorla edilən məşqlər, ya da qaçış Xərçəng qadınlarının axtardığı idman növü ola bilər.

Şir  (23 İyul - 22 Avqust)

Boks

Şir bürcü qadınlarının idman etmə tərzi digər bürclərə nisbətən daha zövqlüdür. Buna görə də Şir bürcü qadınlarının boks kimi idmanla məşğul olmaları məsləhətdir.

Qız (23 avqust - 22 sentyabr)

Balet

Qız bürcü qadınları qədər diqqətli və vasvası bürc yoxdur. Müasir rəqs kursları və ya balet kimi idmanlar Qız bürcü qadınlarına uyğundur.

Tərəzi (23 Sentyabr - 22 Oktyabr)

Cüt edilən idmanlar

Bəzi insanlar tək idman etməyi sevirlər. Lakin Tərəzi qadınları ictimai ünsiyyət olmadan yaşaya bilmirlər. Onlar üçün ən uyğun idman növü tennis və ya döyüş idmanları kimi qarşılıqlı edilən idman növləridir.

Əqrəb (23 oktyabr - 21 noyabr)

Uzun məsafə idmanları

Əqrəb qadınlarının sakit xarici görünüşlərinin arxasında alovlu bir qüvvət və şiddətli bir fokuslanma qabiliyyəti dayanır. Uzun məsafəyə qaçış və ya üzgüçülük kimi dayanıqlılıq tələb edən idmanlar Əqrəb qadınlarının gərginliyini azaldar.

Oxatan (22 noyabr - 21 dekabr)

Müxtəlif məşqlər edin

Macəra ruhlu və doğuşdan atletik olan Oxatan bürcünün qadınları güc tələb edən idmanları sevirlər və müxtəlifliyə maraqlıdırlar. Bu baxımdan yorucu idmanlar sizi formada saxlayır. Maneəli qaçışlar və ya böyük ərazidə piyada yerimək sizi xoşbəxt edəcək.

Oğlaq (22 dekabr - 19 yanvar)

Pilates

Çox insanda olmayan intizam və iradə gücü Oğlaq qadının ən öndə olan xüsusiyyətidir. İntizam tələb edən pilates dərsi sizin üçün mükəmməldir.

Dolça (20 yanvar - 18 fevral)

Rəqs

Yaradıcı, maraqlı və yeni şeyləri sınamaqdan qorxmayan Dolça qadını üçün rəqs dərsləri uyğundur. Ətrafdakı insanlardan enerji alan Dolça qadını üçün sürətli rəqslər mükəmməldir.

Balıq (19 Fevral - 20 Mart)

Yoqa

Balıq bürcü qadını üçün idman etmək yalnız fiziki tələbat deyil. Zehnini və ruhunu da rahatlaşdırmaq istəyən Balıq qadını üçün yoqa kimi səssiz və sakit bir idman uyğundur. Fərqliliyi sevən Balıqlar suda edilən yoqanı da təcrübədən keçirə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR