Mikayıl Müşfiq adına məktəb əsaslı təmir olundu

Mikayıl Müşfiq adına məktəb əsaslı təmir olundu
22:34 28 Fevral 2017
215 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Gəncə şəhərində Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Lent.az-ın məlumatına görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, şagirdlər və valideynlər iştirak edib.

 

Məktəbin müdiri Qasımov Elnur açılış mərasimində çıxış edərək bildirib ki, 2015-2016-cı tədris ilində məktəbi 66 şagird bitirib. Onlardan 60 faizi ali məktəblərə daxil olub. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağının işçilərinin sayı ümumilikdə 119 nəfərdir. Onlardan 98 nəfəri pedaqoji heyətdir. Elmar Vəliyev əlamətdar gün münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib. Ölkə Prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban Əliyevanın təhsilə və təhsil işçilərinə çox böyük diqqət, qayğı göstərdiklərini, Gəncə şəhərinin də bu qayğıdan bəhrələnərək ilbəil öz nailiyyətlərini artırdığını vurğulayıb. Elmar Vəliyev vurğulayıb ki, dövlət proqramına uyğun olaraq Gəncədə 1 nömrəli orta məktəb, 1 və 2 nömrəli peşə məktəbi, 1 saylı peşə liseyinin əsaslı şəkildə təmirdən sonra açılışı olacaq.

 

O, məktəbin tikilişində iştirak edən işçi heyətinə təşəkkürnamə və hədiyyələr verib. Sonra şagirdlərin iştirakı ilə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub. Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir. Məktəb 1076 şagird yerlikdir və hər bir şagird üçün bütün lazımi şərait yaradılıb. Ümumtəhsil ocağı 3 mərtəbəli olmaqla 2 korpusdan ibarətdir, 54 sinif otağı var. Uzun illər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılmayıb. Məktəbin əsaslı təmirinə 2016-cı ilin may ayından başlanılıb. Məktəbin hər 2 korpusunda aparılan əsaslı təmir işləri nəticəsində məktəbin dam örtüyü dəyişdirilib, iclas və idman zalları, 54 sinif otağı, o cümlədən 2 informatika, 3 laboratoriya (kimya, fizika, biologiya) otağı müasir avadanlıqlarla təchiz edilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR