“Nəzər ayələri” hansılardır?

“Nəzər ayələri” hansılardır?
22:47 28 Fevral 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimin mübarək "Qələm" surəsinin axırıncı iki ayəsini xalq içində "nəzər ayələri" adlandırırlar. Səbəbi budur ki, bu ayələri oxumağın və ya yazıb üstündə gəzdirməyin bədnəzəri batil etməsi barədə xəbərlər vardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, buna görə insanlar bədnəzərə qarşı mübarizə aparmaq üçün bu iki ayəni oxuyur, kağıza yazıb özləri ilə gəzdirirlər. Nəzər ayələrini suvenirlərin üzərinə də yazırlar. Ayənin ilk sözü olan "və in yəkad" ifadəsini də ənənəyə görə bəzən "nəzər duası" adlandırırlar. Qeyd edək ki, bundan əlavə, Quranın "qül" (de) sözü ilə başlayan 4 surəsinin - "Kafirun", "İxlas", "Fələq" və "Nas" surələrinin, xüsusilə də sonuncu iki surənin bədnəzərə qarşı çox faydalı olduğuna inam vardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR