Zurab Xizanişvili: "Bu, karyeramda son mövsümüm olacaq"

Zurab Xizanişvili: "Bu, karyeramda son mövsümüm olacaq"
22:47 28 Fevral 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ "İnter"in futbolçusu Zurab Xizanişvili Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinq keçirib.
"Report"un məlumatına görə, qələbə topunun müəllifi olan gürcüstanlı müdafiəçi əvvəlcə oyun barədə danışıb:
- Çətin görüş oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Təbii ki, belə rəqibə qarşı oynamaq bizim üçün xüsusi motivasiya kəsb edirdi. Çünki güclü komandaya qarşı oynayırdıq. Bu qələbədə hamının yüz faiz payı var idi. Həm futbolçuların, həm də məşqçilər heyətinin. Şükür ki, bu gün 3 xal qazandıq.
- 36 yaşınızda bu cür gözəl qol vurmaq sizə hansı hisslər bəxş edir?
- (gülür) Əlbəttə, yaxşı hisslər. Yaşın bir o qədər əhəmiyyəti yox idi. Əsas məsələ odur ki, biz qol vurduq, komanda qalib gəldi. Mən belə deyərdim.
- "Qarabağ" cari mövsümdə "İnter"lə keçirdiyi heç bir oyunda qalib gələ bilməyib. Böyük çempionatlarda oynamış bir futbolçu kmi bunun sirrini nədə görürsünüz?
- Sirr odur ki, biz 1 qol vuraraq qalib gəldik, "Qarabağ" isə bunu edə bilmədi.
- Eyni baxımlı qolu "Qarabağ"a qol vuranda daha çox həzz alırsınız, yoxsa AZAL-a?
- Biri var "Mançester Yunayted"ə qol vurmaq, biri də "Kristal Palas"a. Təbii ki, mançesterlilərə qol vurmaq daha yaxşıdır. Əlbəttə, "Qarabağ"la "Qəbələ" Azərbaycanın ən güclü komandalarıdır. Mənim üçün əsas qələbə qazanaraq 3 xalı almağımızdır.
- "İnter"də son vaxtlar baş verən proseslərdən sonra Xizanişvilinin bu klubda son mövsümü keçirməsi mümkündür?
- Heç bir problem yoxdur. Burada texniki məsələlərdir ki, himayədarlıq hələlik bankdan AFFA-ya keçib. Müqaviləm mayda bitəcək. Yaş məsələsi var. Artıq 37 yaşa keçəcəyəm və yəqin ki, bu, son mövsümüm olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zurab-xizanisvili-bu-karyeramda-son-movsumum-olacaq-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR