Çilidə 5,6 bal gücündə zəlzələ baş verib

Çilidə 5,6 bal gücündə zəlzələ baş verib
23:17 28 Fevral 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Çilinin Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:35-də qeydə alınıb. Zəlzələnin episentri port şəhəri Kelondan (21 mindən çox sakini var) 628,4 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barəsində məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cili-sahillerinde-5-6-bal-gucunde-zelzele-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR