Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb
00:37 1 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaqla görüşüb.
"Report" xəbər verir ki, Ali Məclisin sədri yeni vəzifəsində qonağa uğurlar arzulayıb, Türkiyənin milli lideri Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafına verdikləri dəyəri diqqətə çatdırıb.
Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu ədalətli mövqedən, Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan və keçirilən birgə hərbi təlimlərdən danışıb, bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaq səmimi qəbula görə minnətdarlığını bildirib, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu ifadə edib. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərin qürurverici olduğunu diqqətə çatdıran Zəfər Ocaq əməkdaşlığın genişləndirilməsində səylərini artıracağını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/vasif-talibov-turkiye-silahli-quvvelerinin-azerbaycandaki-herbi-attasesi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR