Boliviyada baş vermiş iki yol qəzasında 23 nəfər ölüb

Boliviyada baş vermiş iki yol qəzasında 23 nəfər ölüb
00:57 1 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Boliviyanın qərbində iki avtobusun qəzaya uğraması ilə nəticələnmiş yol qəzalarında azı 23 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, qəzalardan biri La-Pas şəhərindən 150 kilometr şimal-qərbdə baş verib.
Belə ki, avtobusun dərəyə yuvarlanması nəticəsində 17 nəfər həyatını itirib. İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin aşması olub.
Sərnişin avtobusunun qəzaya düşməsi ilə nəticələnmiş daha bir qəza İnkisivi vilayətində, La-Pasdan 200 kilometr şimal-şərqdə baş verib. Belə ki, avtobusun uçuruma düşməsi nəticəsində 6 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Boliviyada yolların pis vəziyyəti, habelə yol qaydalarına riayət olunmaması səbəbindən hər il orta hesabla min nəfər qəzalarda həlak olur, qırx min nəfər xəsarət alır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviyada-bas-vermis-iki-yol-qezasinda-23-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR