Rusiyalı deputat: "Biz sizinləyik və ədalət tələb edirik""

Rusiyalı deputat: "Biz sizinləyik və ədalət tələb edirik""
01:29 1 Mart 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Dmitri Savelyev: “Xocalı faciəsi özünü insan hesab edən hər kəsin qəlbindəki yaradır”

 

Moskvada "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 25 illiyinə həsr olunan anım mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) tərəfindən təşkil olunub.

 

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Xocalı” sözünün Azərbaycan üçün faciəvi simvola çevrildiyini söyləyib: "Üstündən bir əsrin dörddə biri qədər vaxt keçməsinə baxmayaraq Xocalı faciəsi haqda danışmaq olduqca ağırdır. Qətlə yetirilmiş analar, məhv edilmiş körpələr, yaşlıların vəhşicəsinə qətlə yetirilməsi... Nasizm üzərində qələbə çalmış bir ölkənin vətəndaşları bunları təsəvvür belə edə bilməzdi. Xocalı əhalisini azərbaycanlı olduqlarına görə qırmışdılar. Azərbaycan üçün Xocalı sözü faciəvi simvola çevrildi və bunda açıq insafsızlıq əks olunub".

 

Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədri Leonid Slutski:

 

“Bizim ümumi yeni tariximiz dövründə Xocalı qırğınına bənzər cəzasız faciələr, vaxtı ilə birgə yaşayan xalqları bir-birindən ayrı salan dondurulmuş  münaqişələrin çox şahidi olmuşuq. Xocalıdakı hadisələrə ədalətli qiymət verilməli, həmin hadisələri törədənlər 100 il sonra yox, bizim dövrdə, hazırkı nəslin dövründə cəzalandırılmalıdırlar. Biz Dağlıq Qarabağ kimi yaralı münaqişənin həllini nəvələrimizə, hətta övladlarımıza belə saxlamamalıyıq”.

 

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Xocalı faciəsinin təkcə özünü azərbaycanlı hesab edənlərin qəlbində deyil, özünü insan hesab edən hər kəsin qəlbindəki yara olduğunu söyləyib: "Biz rusiyalılar, bu gün azərbaycanlı qardaşlarımıza deyirik: "Biz kədərinizə şərikik, biz sizinləyik və ədalət tələb edirik". 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR