ABŞ hərbi büdcəsini daha 30 mlrd. dollar artırır

ABŞ hərbi büdcəsini daha 30 mlrd. dollar artırır
03:14 1 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Tramp: “ABŞ-ın hərbi büdcəsi əlavə olaraq 30 mlrd. dollaradək artırıla bilər”    

 

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsinin əlavə olaraq 30 mlrd. dollaradək artırıla biləcəyini bəyan edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Senatın Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Con Makkeyn təklif olunan məbləğin az olduğunu qeyd edib.  

 

“Biz ordunuza daha çox pul xərcləmək istəyirik. Əslində biz xərcləri daha 30 mlrd. dollar artıra bilərik”, - deyə Tramp “Fox News” telekanalına müsahibəsində senatorun tənqidinə cavab olaraq bildirib.    

 

 Qeyd edək ki, ABŞ administrasiyası martın 16-dək Konqresə təqdim edəcəyi 2018-ci maliyyə ili üçün federal büdcə layihəsində hərbi büdcənin 54 mlrd. dollaradək artırılması nəzərdə tutulub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR