Göygöldə intihara cəhd

Göygöldə intihara cəhd
03:18 1 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda intihara cəhd hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Namazov Cəlil Əvəz oğlu yaşadığı evdə sirkə turşusu içərək intihar etmək istəyib.

O, dərhal yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və C.Namazova həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən C.Namazovun vəziyyətinin ağır olduğu bildirilir.

Onun nə üçün intihara cəhd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR