Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bıçaqlanma hadisəsi baş verib
03:47 1 Mart 2017
274 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 1 mart. REPORT.AZ/ Gəncədə 31 yaşlı kişi qarın nahiyəsindən bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Kəpəz rayonunda 38 saylı Hərbi şəhərciyin ərazisində baş verib.
Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü, İsmayılov Ramil Əmir oğlu qarın nahiyəsindən bir bıçaq zərbəsi alaraq ağır yaralanıb. Yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan yaralı dərhal həkimlər tərəfindən əməliyyata alınıb. 
Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-bicaqlanma-hadisesi-bas-veribasfb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR