Tramp KXDR-i ABŞ üçün əsas təhlükə hesab edir

Tramp KXDR-i ABŞ üçün əsas təhlükə hesab edir
06:12 1 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasını (KXDR) bilavasitə Birləşmiş Ştatlar üçün əsas təhlükə hesab edir.
"Report"un məlumatına görə, bu barədə Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən "CNN" xəbər verib.
Qeyd olunur ki, Tramp fevralın 27-də Çin Xalq Respublikasının nümayəndəsi ilə görüşüb və onu KXDR problemi üzərində ciddi işləməyə çağırıb.
"Siz Şimali Koreya üzərində işləməlisiniz", - deyə mənbə ABŞ prezidentinin çinli məmura dediyi sözdən sitat gətirib.
Mənbə Çin nümayəndəsinin adını açıqlamayıb, lakin telekanal güman edir ki, söhbət ÇXR Dövlət Şurasının üzvü, Kommunist Partiyası Mərkızi Komitəsi yanında xarici məsələlər üzrə məsul katib, ABŞ-a ikigünlük səfərə gəlmiş Yan Çzeçidən gedir.
Qeyd edək ki, Tramp əvvəllər KXDR lideri Kim Çen Inla görüşləri istisna etməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-kxdr-i-abs-ucun-esas-tehluke-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR