Putin-Tramp görüşünə heç bir hazırlıq gedmirmiş

Putin-Tramp görüşünə heç bir hazırlıq gedmirmiş
06:24 1 Mart 2017
157 Digər
Ölkə mətbuatı
A- A+

 “Hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsinə dair heç bir hazırlıq işi görülmür”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu adının çəkilməsini istəməyən ABŞ administrasiyasının nümayəndəsi bildirib.

 

Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bundan əvvəl prezidentlərin görüşünə dair hazırlıq prosesinin başlandığını bildirib. Lakin görüşün yeri və vaxtı barədə heç bir məlumat verilməyib.

 

Ryabkovun sözlərinə görə, bu məsələ XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlər katibi Reks Tillerson arasında keçirilən görüşdə müzakirə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR