Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb

Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb
07:02 1 Mart 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları terror qruplaşması üzvləri ilə əlaqədə şübhəli bilinən 3 qızı saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.
Məlumatda bildirilir ki, Uaz departamentinin Krey şəhərində və Yuxarı Reyn departamentinin Myuluz şəhərində saxlanılan qızlar 14-18 yaşlarındadır. Lakin qəzet mənbənin məlumatına əsasən qızların terror aktı həyata keçirməyə hazırlaşmadıqlarını bildirib.
Xəbərdə bildirilir ki, saxlanılanlardan biri - 18 yaşlı gənc 96 saat sorğu-sual ediləcək.
Bundan əvvəl isə "BFMTV" telekanalı Uaz departamentində 18 yaşlı qızın saxlanılması barədə xəbər verib. Həmin şəxsin terror aktı hazırlamaqda şübhəli bilindiyi deyilirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-terrorcularla-elaqede-subheli-bilinen-3-qiz-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR