Müsəlman müğənni Pərvizdən boşanandan sonra xristian oldu - FOTO

Müsəlman müğənni Pərvizdən boşanandan sonra xristian oldu - FOTO
07:12 1 Mart 2017
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

"t.A.t.u" qrupunun keçmiş üzvü Yuliya Volkova 2007-ci ildə biznesmen Pərviz Yasinova ərə getdikdən sonra dinini dəyişərək İslamı qəbul etmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün kəbini də Dubaydakı məscidlərdən birində kəsilmişdi. Lakin bu evlilik uzun sürmədi və Samir adlı uşaqları olan cütlük 2010-cu ildə ayrıldı.

Bu günlərdə isə Yuliyanın yenidən xristianlığı qəbul etdiyi məlum olub. O, İnstaqramda kilsədə dua edərkən fotosunu paylaşaraq yazıb:

"Hər şeyə görə məni bağışla. Ürəyim sizinlədir".

Müğənni yenidən pravoslav olduğunu təsdiqləyib:

"Mən öz inamıma və evimə qayıtdım. Amma Allah birdir, sadəcə ona gedən yollar fərqlidir. Hər kəs öz yolunu tapmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR