Gürcüstanda əsgər özünü güllələdi

Gürcüstanda əsgər özünü güllələdi
07:48 1 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda hərbçi özünü güllələyib.

Publika.az xəbər verir ki, hadisə Qori rayonundakı Uplistsixe kəndindəki hərbi bazada baş verib. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. “Özünü güllələyən əsgər bir neçə dəqiqədən sonra xəstəxanaya çatdırıb və təcili əməliyyat olunub. Həkimlərin dediyinə görə, yaralanan əsgərin vəziyyəti orta ağırdır”, - deyə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin birinci müavini Zaal Kapanadze və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah Tibb İdarəsinin nümayəndələri hadisə ilə bağlı xəstəxanaya baş çəkiblər.

Faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polisi cinayət işi qaldırıb. Araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR