ABŞ "keyfiyyətli" miqrantları qəbul edəcək

ABŞ "keyfiyyətli" miqrantları qəbul edəcək
07:54 1 Mart 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir.  

 

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.  

 

“Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, - deyə Tramp qeyd edib.

 

Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların  orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, - deyə Tramp qeyd edib.   

 

Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR