"CNN": İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar

"CNN": İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar
07:57 1 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ İŞİD terror qruplaşmasının rəhbərləri İraq ordusunun Qərbi Mosula hücumu ilə əlaqədar qaçaraq qurtulurlar.
"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.
İraq federal polisinin komandanı, general-leytenant Raid Şakir Cövdət telekanala bildirib ki, silahlılar bu ərazidə bir-birlərindən təcrid olunmuş vəziyyətdə qalıblar. Onların rəhbərləri isə şəhərdən qaçır.
General-leytenant həmçinin vurğulayıb ki, terrorçular itkilərə məruz qalıblar, şok və məğlub vəziyyətindədirlər. "Bizim səhra kəşfiyyatımız müəyyən edib ki, terror qruplaşması dağılmaqdadır, onun rəhbərliyi isə Mosuldan qaçır", - deyə İraq komandanı əlavə edib.
Qeyd edək ki, İraq ordusu bir neçə gündür, Qərbi Mosulun terrorçulardan azad edilməsi əməliyyatına başlayıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cnn-i-si-d-rehberleri-qerbi-mosuldan-qacirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR