Pike və "Villarreal"ın prezidentindən şikayət olundu

Pike və "Villarreal"ın prezidentindən şikayət olundu
08:12 1 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Futbol Federasiyasının Hakimlər komitəsi (RFEF) "Barselona"nın müdafiəçisi Jerar Pike və "Villarreal"ın prezidenti Fernando Roiqdən federasiyanın müvafiq şöbəsinə şikayət edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, komitə Pike və Roiqin hakimlərin obyektivliyini şübhə altında qoyduğunu qəbul etmir. Pike "Real"ın "Villarreal"a qalib gəlməsindən sonra hakimin Madrid klubunun lehinə təyin etdiyi penaltini əsas gətirərək qeyri-obyektiv idarəçiliyə diqqət çəkmişdi. Katalon müdafiəçi "Villarreal" və "Malaga" ilə oyunda "Real"a 4 xal hədiyyə olunması, "Barca"dan isə oğurlanmasına işarə vurmuşdu.

"Sarı sualtı qayıqın prezidenti Fernando Roiq isə hakimlər briqadasının "Real"ın emblemi olan çantalarla stadionu tərk etməsini xüsusi vurğulamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR