Kral səfərə çıxır - Baqajı 450 ton olacaq

Kral səfərə çıxır - Baqajı 450 ton olacaq
08:27 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud martda İndoneziyaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, kralın baqajı 456 ton təşkil edəcək.

Baqajın 400 tona yaxını Bali adasına yollanacaq. Bu baqaja 2 "Mercedes" avtomobili, eləcə də 2 elektrik lifti daxildir.

Kralı səfər zamanı 1500 nəfər müşayiət edəcək. Bundan başqa, krala xidmət göstərmək üçün xüsusi olaraq 600-ə yaxın adam ayrılacaq.

Kral Salmanın səfəri martın 1-dən 9-dək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR