Adriano Çelentano naməlum şəxslərin təqibindən polisə şikayət edib

Adriano Çelentano naməlum şəxslərin təqibindən polisə şikayət edib
08:32 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ İtalyanın 79 yaşlı aktyoru və müğənnisi Adriano Çelentano son zamanlar naməlum şəxslərin onu izlədiyini və hətta evinə soxulduqlarını bildirib.
"Report"un məlumatına görə, bu barədə "Ansa" agentliyi xəbər verib.
Onun sözlərinə görə, altı cinayətkar bir neçə gün ərzində Qalbyate kommunasında onun evinə daxil olub. Bundan başqa aktyor naməlum şəxs tərəfindən izlənilməsindən də şikayət edib.
"Pis oğlanlar Klaudianın (Çelentanonun həyat yoldaşı – "Report") və mənim hərəkətlərimi izləyərək bizə yaxınlaşmaq istəyirlər. Biz bu ciddi epizodlar haqqında bir neçə məlumat veririk. Əgər nəsə baş versə, bu, əvvəlki dövrlə əlaqəli ola bilər" – deyə Çelentano bildirib.
Aktyor bununla bağlı polisə müraciət edərək, videomüşahidə kameralarının görüntülərini hüquq-mühafizə orqanlarına təqdim edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/adriano-celentano-namelum-sexslerin-teqibinden-polise-sikayet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR