İki nəfəri it dişləyib

İki nəfəri it dişləyib
08:47 1 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə iki nəfəri it dişləyib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon  Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, fevralın 28-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini, 1983-cü il təvəllüdlü Rəvanə Nəriman qızı Dəmirova sağ baldırın, Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 7 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Röyal Rəfayıl oğlu Yusifov sol bazunun it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.
 
Hər iki şəxsə lazımi tibbi yardım göstərilib,   quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/522095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR