İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar

İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar
08:53 1 Mart 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının rəhbərləri İraq ordusunun Qərbi Mosula hücumu ilə əlaqədar qaçaraq qurtulurlar.

Publika.az xəbər verir ki, İraq federal polisinin komandanı, general-leytenant Raid Şakir Cövdət telekanala bildirib ki, silahlılar bu ərazidə bir-birlərindən təcrid olunmuş vəziyyətdə qalıblar. Onların rəhbərləri isə şəhərdən qaçır.

General-leytenant həmçinin vurğulayıb ki, terrorçular itkilərə məruz qalıblar, şok və məğlub vəziyyətindədirlər. "Bizim səhra kəşfiyyatımız müəyyən edib ki, terror qruplaşması dağılmaqdadır, onun rəhbərliyi isə Mosuldan qaçır", - deyə İraq komandanı əlavə edib.

Qeyd edək ki, İraq ordusu bir neçə gündür, Qərbi Mosulun terrorçulardan azad edilməsi əməliyyatına başlayıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR