“Hədiyyələr” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

“Hədiyyələr” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq
09:12 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Aprelin 3-də “Hədiyyələr” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq saat 11:00-da müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 31 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin Müşahidə Şurasının və sədrinin seçilməsi, müfəttişinin təyin edilməsi, kollegial icra orqanının ləğv edilməsi, təkbaşçı icra orqanının (direktorun) formalaşdırılması və direktorun təyin edilməsi, şirkətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, bu səlahiyyətin direktora verilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Hədiyyələr” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 564004 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/hediyyeler-asc-nin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR