ABŞ-dan Gülənə daha bir ZƏRBƏ

ABŞ-dan Gülənə daha bir ZƏRBƏ
09:23 1 Mart 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Fətullah Gülənə bağlı olan, türk və ingilis dillərində yayımlanan “www.gulencharterschools.weebly.com” portalı Türkiyənin şikayəti əsasında bağlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 2010-cu ildən bəri fəaliyyət göstərən sözügedən internet portalında Fətullah Gülənə məxsus məktəb və digər müəssisələrin reklamı aparılırdı.

Portalı idarə edən şəxslər isə məsələ ilə bağlı bəyanat yayaraq, saytın bağlanılmasına etiraz ediblər.

Xatırladaq ki, ABŞ-da Fətullah Gülənə məxsus olan 150-yə yaxın məktəb fəaliyyət göstərir ki, bunlardan da illik təqribən 150 milyon gəlir əldə edilir. Bununla bağlı ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBİ) müvafiq araşdırmalara başlayıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR