Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri yenidən təşkil olunur

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri yenidən təşkil olunur
09:27 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ “Kürdəmir-Taxıl” ASC yenidən təşkil olunaraq tərkibindən ayrılma yolu ilə “AVETA-K” MMC-nin yaradıldığını elan edib.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar müəssisənin 4 190 440 manatlıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 2 manat olan 2 095 220 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.
Xatırladaq ki, “Kürdəmir-Taxıl” ASC 2005-ci ildə yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycandaki-sehmdar-cemiyyetlerden-biri-yeniden-teskil-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR