“PAŞA Həyat Sığorta”nın rəhbərliyi dəyişib

“PAŞA Həyat Sığorta”nın rəhbərliyi dəyişib
09:37 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Şirkətdən “Report”a verilən məlumata görə, bu, indiyə qədər İH sədrinin I müavini vəzifəsində çalışmış Niyaz Ismayılovdur. O, yeni vəzifəsində Mürsəl Rüstəmovu əvəz edib.
N.İsmayılovun yerinə isə indiyə qədər “PAŞA Həyat Sığorta”nın Direktorlar Şurasının üzvü olmuş İbrahim İbrahimov təyin olunub.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-heyat-sigorta-nin-rehberliyi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR