İzdivac verilişindəki azərbaycanlıların NÖVBƏTİ ŞOUSU - VİDEO

İzdivac verilişindəki azərbaycanlıların NÖVBƏTİ ŞOUSU - VİDEO
09:48 1 Mart 2017
275 Şou
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın izdicav verilişində azərbaycanlı iştirakçılar Əli Əkbərlə Naz Mila barışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazın yalanlarından və fikrini tez-tez dəyişməsindən bezib Bakıya qayıdan Əli dünən verilişə qatılıb. Əli Bakıya qayıtma səbəbini Nazın dəyişkən xarakteri ilə izah edib. Bundan başqa Əli Əkbər Naza qarşı hisslərini gizlətməyib, aşiq olduğu üçün yenidən Naza yenidən şans vermək qərarına gəlib.

Xatırladaq ki, Əli Əkbər sözügedən verilişə sırf Naz Mila üçün getmişdi. Bir müddət sevgili olan cütlük yola getmədikləri üçün ayrılmağa qərar vermiş və onlar üçün gələn namizədlərini qəbul edirdilər.

Bundan başqa, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. Həmçinin bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/189714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR