Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir
10:02 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC polad təbəqələr, tibbi avadanlıqlar, elektrik malları, polad künclüklər, əlvan təbəqələr, altıtilli və dairəvi metallar və gəmi dizel generatorunun alınması məqsədilə açıq müsabiqələr elan edib.
"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son tarix martın 7-dir. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanına təqdim edilməlidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-musabiqeler-kecirir-1234567890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR