Rüfət Aslanlı: "Bank sektorunda stabilləşmə meyilləri müşahidə olunur" - FOTO

Rüfət Aslanlı: "Bank sektorunda stabilləşmə meyilləri müşahidə olunur" - FOTO
10:05 1 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, görüş zamanı təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.

Görüşdə Palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərə dair müzakirələr olub. Belə ki, bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R.Aslanlı aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyillərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib.

Həmçinin sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verilib.
Məhəmməd əl-Qorçi BVF-nin ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR